Bu gün erməniləri qorxudan nədir?

““…artsax” heç bir halda Azərbaycanın bir hissəsi ola bilməz”. Bu gün “erməniləri üzən” də budur ki, 44 günlük müharibədən sonra nə Paşinyan, nə də onun komanda üzvləri bir dəfə də olsun bu fikri səsləndirməyiblər.

Bu gün baş nazir və xarici işlər naziri Mirzoyanın bəyanatlarından görünən yalnız iki məqam odur ki, problem Minsk Qrupunun himayəsi altında xalqın öz müqəddəratını təyinetmə hüququ nəzərə alınmaqla həll edilməlidir.

Amma, məsələ bundadır ki, burada da erməniləri qane etməyən bəzi nüanslar var. Məsələn, onlara görə, öz müqəddəratını təyinetmə metropolisdə mümkün olsa da, amma indiki halda bu Azərbaycanın daxilində mümkündür ki, bu da, heç bir halda beynəlxalq hüquqa zidd deyil. Ermənilərə görə, Azərbaycan tərəfi bunu çox gözəl başa düşür və ona görə də ”artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınmasına nail olmağa çalışır.

Burada isə ermənilər başa düşürlər ki, belə olan halda, yəni bundan sonra statusla bağlı hər şey Azərbaycanın daxili işinə çevrilir. Baxmayaraq ki, danışıqlar beynəlxalq vasitəçilərin, deyək ki, lap elə Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilsə belə... Bu danışıqlar status ətrafında ancaq və ancaq sırf Azərbaycan daxilində... yəni Azərbaycanın daxili məsələsi kimi aparıla bilər.

Və bu halda Azərbaycan “artsaxa” istəsə, məsələn, indiki Naxçıvan kimi, istəsə də sovet illərində olduğu, sadəcə olaraq, mədəni muxtariyyət verə bilər.

Bax, bu isə “yuxarıda yeri olmayan, aşağını isə bəyənməyən” erməniləri heç cür “qane etmir”. Ermənilərə görə, Paşinyanın imzası özlüyündə “artsax”ın statusu məsələsinin onun əsas komponentində - Azərbaycana mənsub olması və Bakı ilə Xankəndi arasında şaquli münasibətlərin əvvəlcədən müəyyən edilməsi demək olacaq. Belə bir müqavilə imzalanandan sonra isə Bakının danışıqlar prosesinin bərpası ilə bağlı heç bir problemi olmayacaq.

Yəni bu gün özünün parlamenti, polisi və hətta qubernatorları olan “artsax” Bakının ayıq-sayıq nəzarəti altında olacaq.

Burada isə erməniləri qorxudan odur ki, artıq bu şəritdə əhalinin demoqrafik tərkibinin bütün sonrakı nəticələri ilə dəyişməsinə gətirib çıxaracaq. Bunu xoflu ermənilər “türklərin reallaşacaq əsas məqsədi” kimi qələmə verirlər.

Deyim ki, ermənilər burada sual edirlər...bütün bunların Ermənistan üçün necə sonunclanacağını dərk edən Nikol, görən, özündə “təpər” tapıb ona təqdim ediləcək sənədləri imzalayacaqmı?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə