Çin gizli silah adlandırdığı “Shijian 21” peykini kosmosa göndərib. SİA xarici mətbuata istinadən bildirir ki, Çin bu peyki kosmos zibillərini təmizləmək üçün göndərdiyini qeyd etsə də, "Shijian 21"in silah kimi istifadə olunacağı və təhlükə yarada biləcəyi söylənilib. ABŞ prezidenti Co Bayden Çinin hər hansı bir müdaxiləsi zamanı Tayvanı müdafiə edəcəyini dedikdən sonra Çin gizli silah olaraq bilinən "Shijian 21" adlı peykini kosmosa göndərib.

Qeyd edək ki, Çinin bu addımı Baydenin açıqlamalarına cavab olaraq atmış ola biləcəyi iddia edilir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə