Braziliyada məcburi maska taxmaq ləğv ediləcək

Noyabrın 3-dən Braziliyanın Federal Dairəsində qoruyucu maskaların taxılması könüllü olacaq.

SİA xəbər verir ki, bununla bağlı paytaxt qubernatoru müvafiq fərman imzalayıb.

Sənədə əsasən, maskanın açıq havada taxılması artıq məcburi olmayacaq, lakin qapalı məkanlarda - ictimai nəqliyyatda, ticarət, istehsal və xidmət müəssisələrində bu tələb qüvvədə qalacaq.

Bundan əlavə, qubernator 2020-ci ilin martından 2021-ci ilin iyul ayına qədər tamamilə bağlanan dövlət məktəblərində tədris prosesinin tam bərpası barədə göstəriş verib.

Qyd edək ki, Braziliyada koronavirusa ilk yoluxma halı ötən il fevralın 26-da təsdiqlənib.

Ölkə virusa yoluxanların sayına görə (21,7 milyon nəfərdən çox) ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Ölənlərin sayına görə (606 mindən çox) ABŞ-dan sonra ikinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...