Litva Avropa İttifaqından hasarpulu istəyir?

Litva Belarusla sərhəddə hasarın tikintisinin maliyyələşdirilməsində Avropa İttifaqının (Aİ) iştirakı üçün səy göstərməyə davam edəcək.

SİA xəbər verir ki, bu sözləri Litvanın daxili işlər naziri Aqne Bilotayte “BNS” informasiya agentliyinə açıqlamasında söyləyib.

“Düşünürəm ki, biz bu istiqamətdə çalışmalıyıq. Bunun nə üçün vacib olduğunu göstərməli, əsaslandırmalıyıq. Buna baxmayaraq, hələ ki, heç bir qərar yoxdur, lakin biz artıq öz qərarımızı vermişik və mütləq hasar çəkiləcək. Hazırda hasarın inşası işləri gedir”, − deyə nazir Aqne Bilotayte agentliyinə açıqlamasında bildirib.

Qeyd edək ki, bu il Belarusdan Litvaya qeyri-qanuni yolla təxminən 4,2 minə yaxın miqrant gəlib.


Bütün xəbərlər Facebook səhifəmizdə