İŞİD ən azı 12 nəfər iraqlını öldürüb

İŞİD terror qruplaşmasının yaraqlılarının İraqın şərqində yerləşən Diyala vilayətindki kəndə silahlı hücumu nəticəsində azı 12 nəfər ölüb, 15 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə “SHAFAQ News” məlumat yayıb.

Hadisə Əl-Mikdadiya şəhəri yaxınlığında (Bağdaddan təxminən 110 km aralıda) baş verib. Yaraqlılar Əl-Rəşad kəndində bir qrup gəncə hücum edib, həmçinin, bu kənddəki yaşayış binalarını müxtəlif növ silahlardan atəşə tutmağa başlayıblar.

İraq hərbçiləri kəndə gəldikdən sonra terrorçular geri çəkilməyə məcbur olub.

Xəsarət alanların bir hissəsi xəstəxanalara çatdırılıb. Ölənlərin sayının arta biləcəyi istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...