Edam edilənlərin sayı artmaqda davam edir

2020-ci ildə İran İslam Respublikasında dördü uşaq məhbus olmaqla 250 nəfər edam edilib. SİA bu barədə xarici mətbuata istinad edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə İran xüsusi hesabatçısı Cavid Rəhman BMT Baş Assambleyasının İnsan Haqları Komitəsində çıxışında bildirib ki, İran ölüm hökmünü “narahatedici səviyyədə” tətbiq etməkdə davam edir. 2020-ci ildə ölkədə 4-ü uşaq olmaqla 250-dən çox məhbusun edam edildiyini ifadə edən Rəhman, cari ildə 9-u qadın, 1-i uşaq olmaqla 230 nəfərin gizli şəkildə edam edildiyini qeyd edib. Ölkədəki məhkəmə proseslərinin qüsurlu olduğunu vurğulayıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...