Qazaxıstanda koronavirusa daha 1 353 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 353 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 931 137 nəfərə, ölənlərin sayı isə 11 975 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 668 nəfər, hazırkı dövrədək isə 874 647 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...