BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb

“BMT-nin Baş katibi Antonio Qutereş Sudanın paytaxtı Xartumda davam edən hərbi qarşıdurmanı və Sudanın siyasi keçidinə, sabitliyinə təhlükə yarada biləcək bütün hərəkətləri şiddətlə qınayır. BMT Sudanda siyasi keçidinin reallaşmasına sadiqliyini və dəstəyini bir daha bəyan edir. Bu keçid prosesinə xələl gətirmək cəhdləri Sudanın təhlükəsizliyini, sabitliyini və inkişafını riskə atır”.

Bunu BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib. O, BMT-nin Baş katibi Antonio Qutereşin maraqlı tərəfləri dərhal dialoqa çağırdığını deyib:

“Baş katib keçid dövrü üçün imzalanmış Konstitusiya Bəyannaməsində nəzərdə tutulan idarəetmə mexanizmlərinin dərhal yenidən qurulmasını tələb edir. Baş nazirin, hökumət rəsmilərinin və siyasətçilərin qanunsuz olaraq saxlanılması qəbuledilməzdir. Baş verənlər Konstitusiya Bəyannaməsinin müvəffəqiyyəti üçün vacib olan ortaqlığa ziddir. Baş katib, baş nazirin və özbaşına saxlanılan digər şəxslərin dərhal azad edilməsini tələb edir. Maraqlı tərəflər dərhal dialoqa qayıtmalı və Sudanın keçid prosesini bərpa etmək üçün vicdanla hərəkət etməlidirlər. BMT Sudan xalqının sülh, firavan və demokratik bir gələcək üçün mücadilələrində onların yanlarında olmağa davam edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...