...İndi də əla bir variant tapıblar, o vaxt Çar Rusiyasında olduğu kimi, “xalq arasına getmə”, yəni Ermənistan əyalətlərinə gedib yerli erməniləri Nikola qarşı “ayağa qaldırmaq”.
Deməli, ötən gün elə bu niyyətlə də Gümrüyə gedən “Hayastan” parlament fraksiyasının rəhbəri Seyran Ohanyan xeyli yerli ermənini şəhər klubuna yığıb onlar üçün “təsirli” bir nitq söyləyib. O öz nitqində ermənilərə gələcəkdə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının daha dərin blokadaya gətirib çıxaracağını bir-bir başa salıb.
Ohanyan ilk olaraq, müharibədən məğlub çıxan hakimiyyətin heç bir nəticə çıxarmadığını da təəssüf hissi ilə ifadə edib. Daha sonra o ermənilərə deyib ki, siz burada möhkəm dayanmasınız, məğlubiyyətlərimiz bundan sonra da davam edəcək. Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusu Ermənistanın sərhədlərində dayanıb. Onlar üstəlik bizim yüksəkliklərdə olan ən mühüm strateji nöqtələri də “əlimizdən alıblar”. Bu ərazilərdə yaşayan yerli ermənilər elə qorxublar ki, bu dəqiqə çamadanlarını yükləyib aradan çəxmaq üçün məqam gözləyirlər.
Ohanyana görə, Azərbaycanın bütün bu addımları Ermənistanın spekulyasiya və təzyiqinə hesablanıb.
Sabiq müdafiə naziri yerli erməniləri başa salıb ki, Azərbaycanın bütün “bu oyunları”, Ermənistanla “artsax” ətrafında halqanın daha da kiçilməsinə yönəlib. Ona görə də, ayıq-sayıq olmaq lazımdır, çünki gələcəkdə “qondarma nəqliyyat kommunikasiyalarının” blokadadan çıxarılması Ermənistanın daha dərin blokadasına gətirib çıxaracaq.
Deyim ki, Ohanyan gümrülü ermənilərə onların bu vaxta qədər bilmədikləri bir sirri də açıb. O deyib ki, əgər Paşinyan səlahiyyətliləri xalqa yalan vədlər verib, onların qulaqlarını gələcəkdəki iqtisadi inkişafla doldurub, onları azərbaycanlılarla əlaqələr qurmağa çağırsalar, gümrülülər buna getməsinlər. Çünki bu halda Ermənistanı su basacaq və İrəvanın “artsax”la bağlı bütün perspektivləri məhv olub gedəcək.
...Burada Sizi deyə bilmirəm, amma mən Ohanyanın “ermənilərin suda boğulacaqları” ilə bağlı dediklərinə inanmaq istəyirəm. Çünki hər şey ola bilər. Yadınızda olar, o vaxt Vanqa “Kursk”un su altında qalacağını deyəndə çoxları gülüb demişdi ki, Rusiyanın bu əyalət şəhəri həmişə su qıtlığından əziyyət çəkir. İndi necə ola bilər ki, su altında qalsın...amma özünüz də gördünüz ki, Kursk şəhəri yox,”Kursk” sualtı qayığı su altında qaldı və heç çıxarda da bilmədilər.
Ona görə də, indi Ohanyanın dediklərinə “şəkk gətirmək bizim üçün “günah” olar”.
Amma, deyəsən, bizdən fərqli olaraq, Ohanyanın dediklərinə “şəkk edən” ermələr az da olsa, varmış. Məsələn onlar dəfələrlə kinik yalana qapılan bu hakimiyyətə artıq inanmaıqlarını bildirsələr də, amma dünən xalq tərəfindən devrilmiş cinayətkarların indiki hakimiyyətə alternativ olmasını da istəmirlər. Çünki bu Ermənistan və erməni xalqının gələcəyi üçün təhlükədir.
...Görən, Seyran Ohanyan bunu qanırmı?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB