Yerin məsafədən zondlama peyki orbitə çıxır?

Çin bu gün Yerin məsafədən zondlanması üçün "Jilin-1 Gaofeng-02F" mini peykini orbitə buraxmağı hazırlaşır.

SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın xüsusi Spaceflight Now saytı xəbər verib.

Buraxılışın Pekin vaxtı ilə saat 04:20-də dörd pilləli “Kuaizhou-1A” daşıyıcı raketinin vasitəsi ilə həyata keçiriləcəyi gözlənilir.

Peyk ətraf mühitin vəziyyətinə nəzarət edəcək və təbii ehtiyatların kəşfiyyatı aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə