Simonyan Kiprdə etiraz aksiyası ilə qarşılanıb

Ermənistan parlamentinin sədri Alen Simonyan Kiprdə öz həmvətənləri tərəfindən “satqınlar”, “ermənilərin qatilləri” təhqirləri ilə, etiraz aksiyası ilə qarşılanıb. SİA bu barədə türk mətbuatına istinad edir.

Bununla bağlı görüntüləri Kipr ermənisi Akop Manukyan sosial şəbəkədəki hesabında paylaşıb.

Videogörüntüdə Kiprdə Ermənistan Milli Məclisinin spikerinin nümayəndə heyətini qarşılanması əks olunur.

Alen Simonyanın avtomobilindən düşməsindən sonra onun gəlişi əleyhinə aksiya keçirən etirazçılar qışqıraraq “satqınlar”, “ermənilərin qatilləri”, “Səni burada görmək istəmirik”, – deyə etiraz etməyə başlayıblar. Qeyd edilir ki, gənclər aksiyaya Ermənistanın baş naziri Nikol Paşinyan rejimini ittiham edən plakatlarla gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə