Britaniya...102 qaçqını təxliyə edib

Onlar NATO-nun Əfqanıstandakı missiyası zamanı Britaniya hərbçilərinə kömək etmiş əfqan tərcüməçiləri, məsləhətçiləri və onların ailə üzvləridir

Böyük Britaniya hərbçiləri Əfqanıstanla həmsərhəd olan ölkələrdən 102 əfqan qaçqınını təxliyə edib.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar iki RAF təyyarəsi ilə Böyük Britaniyaya aparılıb.

Təxliyə edilənlər arasında NATO-nun Əfqanıstandakı missiyası zamanı Britaniya hərbçilərinə kömək etmiş əfqan tərcüməçiləri və məsləhətçiləri, onların ailə üzvləri, həmçinin Britaniya vətəndaşlığı olan şəxslər də var.

Bütün xəbərlər Facebook səhifəmizdə