“NATO hələ də Rusiyadan ehtiyatlanır...”

“Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-ya daxil olan bəzi Avropa ölkələri üzvlərinin mühafizəkar siyasət yeritməklə Rusiyanı təxribata çəkməməyə çalışırlar.

Ukraynalı siyasətçi bu açıqlamasını Polşa Beynəlxalq Münasibətlər İnstitutuna verdiyi müsahibəsində bildirib.

Xarici işlər naziri onu da qeyd edib ki, buna baxmayaraq, Alyansın buna nail olmaq üçün addımlar atmasından asılı olmayaraq Kreml dağıdıcı siyasətini hələ də davam etdirir. “Aydındır ki, bizim NATO-ya üzv olmağımız bütün Avroatlantik təhlükəsizlik sisteminin inkişafına töhfə verəcək və NATO-nun şərq cinahını daha da gücləndirəcək. Hazırda NATO-ya üzv olan bəzi Qərbi Avropa dövlətlərinin Ukraynanın gələcək Avroatlantik inteqrasiyası ilə bağlı “Rusiyanı təhrik etməmək” bəhanəsi və bu bəhanə ilə əlaqəli apardıqları mühafizəkar siyasət isə kökündən yanlışdır”, - deyə nazir bildirib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə