İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib

İranda ötən sutka ərzində 124 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 081 nəfər yoluxub.

SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 125 052 nəfərə,

yoluxanların sayı isə 5 851 670 nəfərə çatıb. Virus daşıyıcılarından 4 346 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 402 865 nəfər koronavirusdan sağalıb, 34,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 79,5 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 50,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 28,9 milyon təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...