Koronavirusa yoluxanlar ölkədən çıxarılır...

Rumıniyada koronavirusla bağlı vəziyyət daha da kəskinləşib.

SİA xəbər verir ki, üç ağır koronavirus xəstələri Buxarestdən Polşadakı xəstəxanaya göndərilib. Ağır xəstələr Polşanın Lodz şəhərindəki reanimasiya şöbəsinə aparılacaq. Bunlar Buxarestdə təcili yardım şöbələrinə qəbul edilmiş, intubasiya edilmiş və ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan xəstələrdir. İndiyədək 30 nəfər koronavirusa yoluxan Rumıniya vətəndaşı Macarıstandakı xəstəxanalara köçürülüb.

Avstriya Macarıstan və Polşadan sonra Rumıniyadan COVID-19 xəstələrini qəbul edən üçüncü Avropa ölkəsi olacaq. Bundan əlavə, Danimarkadan iki həkim qrupu Buxarestdəki Matei Balş İnstitutuna reanimasiyada olan xəstələrə kömək etmək üçün gələcək. Fransa da Rumıniyaya tibbi personal göndərəcəyini vəd edib. Həmçinin Moldova Respublikasının tibb işçiləri artıq Rumıniyadadırlar və İaşi xəstəxanasında xəstələrə xidmət göstərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə