ABŞ-da atışma polisin yaralanması ilə sonunclanıb

ABŞ-ın Florida ştatının Doral şəhərində polis bölməsi yaxınlığında atışma olub.

SİA bu barədə xarici mətbuata istinad edir.

Atışma nəticəsində iki polis zabiti xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Yerli polis sözçüsü Ray Valdez bildirib ki, polislərə atəş açan şəxs sonradan öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə