ABŞ əfqan qaçqınlara 976 milyon dollar yardım ayırır

ABŞ prezidenti Co Bayden Dövlət Departamentinə Əfqanıstan vətəndaşlarına yardım etmək üçün Qaçqınlara və Miqrantlara Fövqəladə Yardım Fondundan 976,1 milyon dollara qədər vəsait istifadə etməsinə icazə verib.

SİA-nın məlumatına görə, bu barədə Ağ Ev tərəfindən dərc olunan ABŞ liderinin dövlət katibi Entoni Blinkenə ünvanlanan memorandumda bildirilib.

Dövlət başçısı vurğulayıb ki, bu vəsaitlərin Əfqanıstandan olan “qaçqın və miqrantların gözlənilmədən yaranan təcili ehtiyaclarının ödənilməsinə”, o cümlədən “Əfqanıstandakı vəziyyətdən risk altında olan şəxslərin əlavə məskunlaşmasına” yönəldilməsi “milli maraqlar baxımından vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə