“Bu, Rusiya üçün imic məsələsidir...”

...ona görə də, Moskva erməni əsirləri müxtəlif üsullarla Azərbaycamdan geri qaytarmağa çalışır

“...Rusiya üçtərəfli bəyanatın icrasının təminatçısı kimi erməni əsirlərin qaytarılması məsələsində maraqlı tərəfdir. Bu, digər məsələlərlə yanaşı, Rusiya üçün imic məsələsidir. Ona görə də Moskva əsir düşən əsirlərimizi müxtəlif üsullarla qaytarmağa çalışır”.

Deməli, bunu bu gün bunu “erməni şərəflisi”, yəni “mənim şərəfim var” blokundan olan deputat Tiqran Abramyan erməni jurnalistlərə verdiyi açıqlamada bildirib.

Beləliklə, erməni deputata görə, bu gün bölgədəki rolunu nəzərə alan Rusiya guya Azərbaycanı üçtərəfli bəyanatın imzalanması üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edir. Azərbaycan isə, öz növbəsində, yeni güzəştlərə nail olmaq bütün lazımi addımları atır.

Qeyd edək ki, Abramyan Azərbaycanın əsir məsələsini spekulyasiya predmetinə çevirməsini onun Ermənistana göstərdiyi təzyiq kimi qəbul edir.

“Ermənistan hakimiyyətinin qeyri-adekvat hərəkətləri nəticəsində Bakı mövzu ətrafında spekulyasiya etmək və yeni tələblər irəli sürmək imkanı əldə edib. Noyabrın 9-da əsirlərin qaytarılması ilə bağlı bəyanatında bizim üçün yeganə əlverişli məqamla bağlı Ermənistan şərtləri müəyyən etməyə müvəffəq olmadı. Amma ərazilərin təhvil verilməsindən bəhs edən bəndlərdə şərtlər müəyyən edilib. Bu, bizim hakimiyyətin insan talelərinə münasibətindən danışır və əgər Ermənistan eyni adamlarla təmsil olunarsa, onda biz heç bir müsbət nəticə əldə etməyəcəyik” - deyə Tiqran Abramyan bildirib.

İtkin düşənlərə, onların yaxınlarına gəlincə isə Abramyana görə, burada erməni mətbuatının yazdığından əlavə də qaranlıq məqamlar var.

...Məsəl var deyərlər, axmağa hörmət edərsən, deyər məndən qorxur. İnanın, “erməni şərəflisi”nin bu fikirləri, nədənsə, hər şeydən əvvəl mənə bu məsəlı xatırlatdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...