NATO-nun qlobal müdafiə planı təsdiq edilib

NATO-ya daxil olan ölkələrin müdafiə nazirləri alyans dövlətlərinin 1 milyarda yaxın əhalisini istənilən təhdiddən qorumağı nəzərdə tutan qlobal müdafiə planını təsdiqləyib.

Bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Nazirlər böhran və qarşıdurmalar halında alyansı qorumaq üçün hərtərəfli planı təsdiq etdilər. Eyni zamanda, müdafiə nazirləri alyans dövlətlərinin yeni silah və texnika əldə etmək barədə razılığa gəliblər”, – Stoltenberq qeyd edib.

Stoltenberq vurğulayıb ki, Şimali Atlantika alyansı Çin ordusunun intensiv şəkildə modernləşdirilməsinə cavab verəcək:

“Çindəki yüksəliş nəticəsində qlobal güc balansı dəyişir. Bu ölkə hərbi potensialını intensiv şəkildə modernləşdirir, yeni kibernetik üstünlüklər əldə edir. Eləcə də inkişaf etmiş nüvə sistemləri və uzaq mənzilli raketlər hazırlayır. Çinin kiberməkanda bizə yaxınlaşdığını görürük. Müttəfiqlərimizlə birlikdə daha çox iş görməyə razılaşmağımız, xüsusən də Çinin hərəkətlərinə cavabdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...