Britaniyalı deputatın qatili İŞİD-in üzvüdür?

Böyük Britaniyada Mühafizəkarlar Partiyasından olan deputat David Amessi qətlə yetirməkdə şübhəli bilinən Əli Harbi Əli özünü İŞİD tərəfdarı adlandırıb.

SİA bu barədə “Reuters” agentliyinə istinad edir.

Dövlət ittihamçısı Ceyms Kabel bildirib ki, cinayətkar bir neçə ildir, Britaniya parlamentarilərinə sui-qəsd planları hazırlayıb.

Qeyd edək ki, Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputat David Amess oktyabrın 15-də Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bıçaqlanıb. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...