Ötən gün 50 min britaniyalı koronavirusa yoluxub

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 52 009 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 641 221 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 115 nəfər, hazırkı dövrədək isə 139 146 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə