“Kraliça gecəni xəstəxanada keçirib”

Britaniya kraliçası II Elizabet oktyabr 20-si günü gecəni xəstəxanada keçirib.

SIA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Bakinqam Sarayından verilən açıqlamada deyilib:

“Həkimlərin bir neçə gün dincəlmək ilə bağlı tibbi tövsiyələrindən sonra, Kraliça oktyabrın 20-si bəzi ilkin təhlillər üçün xəstəxanaya gedib və gecəni orada keçirib. 21 oktyabrda isə nahar vaxtı

Windsor Qalası”na qayıdıb və hazırda yaxşı əhval -ruhiyyədədir”, deyə saraydan verilən açıqlamada deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...