Uşaqlara COVID-19 peyvəndinin vacibliyini barədə MÜTƏXƏSSİS İZAH ETDİ

Yetkin əhalini qorumaq üçün yeniyetmələri koronavirusa qarşı peyvənd etmək vacibdir və uşaqlarda koronavirus xəstəliyi asan və ya asemptomatik olsa belə şiddətli iltihab sindromu var. SİA xəbər verir ki, bu sözləri Adassa Ar-Azofim xəstəxanasının şöbə müdiri, professor Yakov Berkun gənclər üçün Pfizer peyvəndinin effektivliyi barədə son araşdırmanın nəticələrini şərh edərkən söyləyib.

Qeyd edək ki, İsrailin “Klalit” Sağlamlıq Sığorta Fondu tərəfindən Harvard Universiteti və Bostondakı Uşaq Xəstəxanası ilə birlikdə edilən və İngiltərədə nəşr edilən tibbi jurnaldakı bir araşdırmaya görə, 12-18 yaş arası yeniyetmələrdə Pfizer peyvəndi Delta ştammına qarşı yüksək təsirli olduğu sübut edilibdir.

Mütəxəssis, bu araşdırmanın "çox əhəmiyyətli" olduğunu qeyd edib, bunu da onunla əsaslandırıb ki, yeniyetmələrdə və eyni zamanda "delta" ştammı kontekstində bunun effektivliyi sınaıb.
"Araşdırmanın nəticələri göstərdi ki, ilk dozadan 14 gün sonra effektivlik 59% təşkil edir. Peyvəndin ikinci dozasından sonra infeksiyanın qarşısının alınmasının effektivliyi 90% təşkil edir", deyə o bildirib.

O, uşaqların da şiddətli iltihab sindromu hallarının olduğunu söyləyib.

"Adassadakı xəstəxanada, xəstəliyin özü yüngül və ya asemptomatik olsa belə, koronavirusa yoluxmadan 2-6 həftə sonra şiddətli iltihab sindromundan əziyyət çəkən 40-dan çox uşaq iki kampusda xəstəxanaya yerləşdirilib. Səbəbləri də budur ki, yeniyetmələrin peyvənd olunmalarına ehtiyac var", deyə mütəxəssis fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, keçən il dekabrın 20-də İsraildə əhalinin COVID-19 əleyhinə kütləvi peyvənd olunmasına başlanıb. Ölkə vətəndaşları Pfizer peyvəndi ilə peyvənd olunur. Yanvarın 10 -da peyvənd edilənlər ikinci dozanı almağa başlayıblar. İsraildə 12-15 yaş arası yeniyetmələrin peyvənd olunmasına iyun ayının əvvəllərində başlayıb. Bu günə qədər 5,7 milyondan çox insan hər iki dozanı alıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə