Aİ Belarusa qarşı sanksiyaları müzakirə edəcək - MERKEL BƏYAN EDİB

Avropa Birliyi liderləri Belarusa qarşı iqtisadi sanksiyaları müzakirə edəcəklər. SİA xəbər verir ki, bu sözləriAlmaniya kansleri Angela Merkel AB liderlərinin sammiti başlamazdan əvvəl söyləyib.

"Başqa bir mövzu, prezident Lukaşenkonun hibrid hərəkətləri sayəsində Polşa, Litva və əlbəttə Almaniya üçün yenidən çox aktuallaşan miqrasiya mövzusudur. Yeni sanksiyalar, iqtisadi sanksiyalar haqqında danışacağıq, diqqət edə bilərsiniz", deyə Merkel bildirib.

O, qeyd edib ki, Aİ liderləri bu mövzunu cümə günü müzakirə edəcəklər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə