Deyəsən, düz danışan elə Artsrun Karapetoviçdir

“Rəsmi məlumat mənbələri 44 günlük müharibə zamanı insanlara yalan danışdı. Məlumat qarışıqlığında onsuz da hərtərəfli "itirilmiş" cəmiyyəti aldatmaq üçün açıq -aşkar ənənəvi bir üsula çevrilən yalanlar paradı bu gün də davam edir”...

...Doğrudan da, erməninin ermənini yalan danışmaqda ittiham etməsi, nədənsə adama qəribə gəlir. Məsələn, bu gün erməni ermənini 44 günlük müharibə zamanı insanlara yalan danışmaqda ittiham edir. Hətta sənədli-sübutlu faktlar da göstərir. Yenə də məsələn, deyirlər ki, o vaxt Azərbaycan Ordusu Hadrutu geri alanda, Artsrun Karapetoviç Ovannisyan televiziyada deyilənləri təkzib etmişdi. Doğrudur, həmən vaxt o özü görünməsə də, amma kadr arxasından bu dəqiqə Semyon Peqovla Hadrutdakı qohumu Aykanuşgildə olduğunu və rahatca oturub televizora baxdıqlarını bildirmişdi. Əslində, bü erməni yalanına yox, erməni çoxbilmişliyinə dəlalət edirdi. Çünki, reallığı deyib erməniləri qorxutmağa nə hacət vardı? Onsuz da həmin ərəfədə erməni fərarilərini tutub damlamağa Ermənistanda dam belə qalmamışdı. 10 mindən artıq erməni fərarisi sizlərə zarafat gəlməsin. Həmin günlər döyüşlərdə baş verən əsil həqiqətləri, yəni “qəhrəman erməni oğullarının” qaçıb fərarı sayını artırdıqlarını hansı adla erməni xalqına çatdırmaq olardı? Təbii ki, bu ermənilər üçün müharibənin 44 günə yox, elə 5-6 günə sonunclanmasına gətirib çıxaracaqdı.

Burada daha maraqlısı bilirsiniz nədir? Deməli, bəzi ermənilər iddia edirlər ki, hazırda“itirilmiş” cəmiyyət ənənəvi üsula çevrilmiş yalan paradını indi də davam etdirir. Nə isə, gəlin, bunu, yəni yalan danışmağı erməni adətkarlığı kimi qəbul etməyə çalışmayaq(?).

Beləliklə, ötən gün Ermənistan Müdafiə Nazirliyi yalan danışmaqda Artsrun Karapetoviçdən elə də dala qalmayan erməni ombudsmanı Arman Tatoyanın Azərbaycan tərəfi ilə bağlı səsləndirdiyi məlumatı “təkzib edib”. Yəni onu yalan danışmaqda ittiham etməsə də, Armana ermənilərə sırımaq istədiyi məlumatlardakı “barıtı bir qədər” azaltmağı məsləhət görüb. Təbii ki, burada bəzi nüanslar da yaddan çıxarılmamalıdır. Çünki, bu gün təkcə Qarabağda deyil, elə Ermənistanın özündəki ermənilərin sanki tikan üstündə oturduqları nəzərə alınmalıdır. İndi Tatoyanın gəlib erməni sərhədində Azərbaycan əsgərlərinin sayının artmağa başladığını deməsi, düz olmur axı. Məgər o sabah bunları eşidən ermənilərin ölkədən qaçmaq üçün ayağa qalxacaqları təqdirdə onların qabağını saxlamağın mümkün olmayacağını başa düşmürmü? Ona görə, Tatoyana belə incə məsələlərdə bir az diqqətli olmaq...yalan danışmamaq məsləhət görülüb. Təbii ki,.. müəyyən vaxta qədər.

Bu arada əsir və itkin düşən erməni əsgərlərinin valideynləri iddia edirlər ki, hakimiyyət onları daim aldadır və ya sadəcə övladlarının taleyi ilə bağlı heç bir məlumat vermir. Onlar hakimiyyətdən onlara deyilən yalanlara görə, dövlət rəsmilərindən heç kimin məsuliyyət daşımadığına elə də təəccüblənmirlər. Yəqin ki, valideynlərin də öz əsasları var...

Yeri gəlmişkən, bu günlərdə “köhnə tanışımız”, yalan danışmaqda adla tanınan Artsrun Ovannisyan indi onu televizora-zada buraxmırlar deyə, bu dəfə evdəki pərdə arxasından bəzi erməni qəlblərini riqqətə gətirən bir açıqlama verib. Beləliklə, “hörmətli sabiq hərbçi” deyib ki, mən qalib gələcəyimizi düşünürdüm... “fikirləşsəm ki, qalib gələcəyik, bu o demək deyil ki, mən kimisə aldatmışam”. Bərəkallah! Hələ bir görün sonra da deyir ki, bütün yalan məlumatları ona Müdafiə nazirliyi ötürürmüş və bu da öz “bəzək-düzıyilə” sırıyırmış ermənilərə.

Maraqlıdır, bəs, belə olan halda Ermənistanın Müdafiə nazirliyi indi hansı əsasla erməni ombudsman Arman Tatoyana “irad” bildirərək ona müəyyən vaxta qədər də olsa yalan dnışmamağı məsləhət görür? İnanın ki, adam lap məətəl qalır, yaxşı indi kimə inanasan: Ermənistan Müdafiə nazirliyinə, yoxsa, özünü “xalqı üçün fəda etmiş” Arman Tatoyana?

Əslində, bunların ən “düz danışanı", məncə elə Artsrun Karapetoviçdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...