Dünyada pandemiyanın bitəcəyi tarix açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasının bir il daha uzanacağını bildirib. SİA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, buna səbəb peyvəndin yoxsul ölkələrə kifayət qədər çatmamasıdır.

ÜST-nin rəhbər şəxslərindən olan Dr. Bruce Aylvard Covid-19 pandemiyasının 2022-ci ildə də davam edəcəyini söyləyib. Afrika qitəsində əhalinin 5 faizdən az hissəsi peyvənd olunduğu halda, digər qitələrdə peyvənd olunanların sayı 40 faizə qədərdir.

Dr. Aylvard varlı ölkələri peyvənd növbəsindəki yerlərindən imtina etməyə çağırıb. O bildirib ki, belə olduğu təqdirdə dərman şirkətləri ən aşağı gəlirli ölkələrə üstünlük verəcəklər.

Dr. Aylvard, “ Həqiqətən sürətlənməliyik, yoxsa bu xəstəlik bir il daha davam edəcək” deyib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə