"53 mindən çox qaçqının 44 faizi uşaqlardır”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin ölkə daxilindəki bazalarda immiqrasiya prosedurları üçün gözlədilən 53 mindən çox əfqan qaçqının 44 faizinin uşaqlar olduğunu bildirib. SİA bu barədə türk mətbuatına istinad edir.

Ostin Senat Silahlı Qüvvələr Komitəsinin baş üzvü, respublikaçı Cim İnhofe tərəfindən ABŞ tərəfindən təxliyə edilən qaçqınlarla əlaqədar suala cavab verib.

"Wall Street Journal"ın əldə etdiyi məlumatda Ostin ABŞ torpağındakı bazalarda prosedurlar üçün gözlədilən 53 mindən çox əfqan qaçqının 22 faizinin qadın, 34 faizinin kişilər olduğunu qeyd edib.

Ostin əfqanların qalan 44 faizinin uşaq olduğunu qeyd etsə də, onlardan nə qədərinin valideynsiz olduğu barədə ətraflı məlumat verməyib.

ABŞ-ın Əfqanıstandan 124 mindən çox insanı təxliyə etdiyini qeyd edən Ostin təxminən 104 min nəfərinin əfqan olduğunu bildirib.

ABŞ Əfqanıstandan çıxma prosesi zamanı təxliyə edilən 124 min nəfərdən yalnız 53 minini Amerika torpaqlarına gətirsə də, qalanlarını Avropa və Orta Şərqdəki hərbi bazalarında saxlayır.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə