BMT-nin atəşkəs çağırışı yetərli olmadı...

Birləşmiş Millətlər Təşkilatı (BMT), 2020 -ci ilin mart ayında Suriyada elan edilən atəşkəsdən sonra ölkənin şimal qərbində qarşıdurmaların yenidən artmağa başladığını bildirib

BMT baş katibinin sözçülərindən Fərhan Haq bu barədə açıqlama verib. O qeyd edib ki, Suriyanın şimal-qərbində davam edən və hər keçən gün daha da alovlanan qarşıddurmalar narahatlıq yaradır. SİA bu barədə xarici mətbuata istinad edir.

Ötən gün İdlibdə həyata keçirilən hücumlar nəticəsində bir mülki vətəndaşın öldüyünü, 4 nəfərin yaralandığını xatırladıb. İdlibin müxtəlif bölgələrində və Hələbin qərbində qarşıdurmaların olduğuna diqqət çəkib.

Son aylarda qarşıdurmaların artdığını ifadə edən sözçü bütün tərəfləri beynəlxalq humanitar qanunlara hörmət göstərməyə çağırıb. Mülki şəxslərə və mülki infrastruktura hücumlardan imtina edilmisini istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə