“Qiymətlər 2022-ci il ərzində də artacaq”

“Qiymətlər 2022-ci il ərzində də artacaq”

Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer hesab edir ki, gələn il ərzində enerji və müxtəlif malların qiymətləri artmaqda davam edəcək.

SİA-nın məlumatına görə barədə nazir “BFMTV” kanalının efirində danışarkən deyib.

Nazir qiymət artımının polad, alüminium, taxta, neft məhsulları və qaz qıtlığı ilə əlaqəli olduğunu vurğulayıb.

“Çoxları qiymət artımının müvəqqəti olduğunu iddia edir. Ancaq hər şey bu sözlə nə demək istədiyinizə bağlıdır. Şəxsən mən 2022 -ci ilin sonuna qədər vəziyyətin yaxşılaşacağı ilə bağlı heç bir perspektiv görmürəm”.

Yanacağın qiymətinin kəskin artmasına görə fransızlara kompensasiya verilə biləcəyi ilə bağlı çoxsaylı sualları cavablandıran Le Mer, iqtisadi vəziyyətdən ən çox təsirlənən ailələrə kömək etmək üçün məqsədyönlü tədbirlərin tərəfdarı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com