ABŞ-da koronavirusa yoluxanlar 46 milyonu keçib

ABŞ-da son sutka ərzində koronavirusa 42 801 yoluxma və 1 103 ölüm faktı qeydə alınıb.

ABŞ-da indiyə qədər 46 042 982 nəfər koronavirus infeksiyasına yoluxub, 35 760 226 koronavirus xəstəsi sağalıb.

Müalicə alan 749 891 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Aktiv xəstələrin sayı isə 9 532 865 nəfərdir. Onlardan 14 649-nun vəziyyəti ağır qiymətləndirilir.

Yeri gəlmişkən bildirək ki, ABŞ həm koronavirus infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB