Saakaşviliyə qarşı sərhədi qanunsuz keçmə ittihamı

Saakaşviliyə qarşı sərhədi qanunsuz keçmə ittihamı

Gürcüstan Prokurorluğu ölkə Cinayət Məcəlləsinin 344 -cü maddəsinin birinci hissəsinə əsasən, Gürcüstanın məhkum edilmiş Mixeil Saakaşviliyə qarşı dövlət sərhədini qanunsuz keçmə faktı üzrə ittihamın irəli sürülməsi barədə qərar çıxarıb.

SİA-nın məlumatına görə, Gürcüstan Prokurorluğundan bildirilib ki, Daxili İşlər Nazirliyi Mixeil Saakaşvilinin sərhəddi qanunsuz keçməsi ilə bağlı araşdırmalarını davam etdirir.

Bütün zəruri prosessual və istintaq hərəkətləri aktiv rejimdə aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə