ABŞ-da təyyarə yanaraq kül oldu - yaralananlar var

18 sərnişin və 3 ekipaj üzvü olan xüsusi bir təyyarənin Hyustondan Bostona qalxmağa çalışarkən zolaqdan çıxdığı və maneələrə çırpılaraq alovlandığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sərnişinlərin və ekipajın MD-87 tipli təyyarədən sağ-salamat çıxa bildikləri, daha sonra hadisə yerinə gələn yanğınsöndürənlərin yanğını dərhal söndürdükləri qeyd edilib. Təyyarənin quyruq hissəsi istisna olmaqla tamamilə yandığı qəzada yalnız iki sərnişinin bel ağrısı və tənəffüs çətinliyi şikayəti ilə xəstəxanaya aparıldığı bildirilib. ABŞ Federal Aviasiya İdarəsinin (FAA) qəza ilə bağlı araşdırmaları davam etdiyi deyilib.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə