İsraildə COVID-19-un yeni ştamı aşkarlanıb

İsraildə COVID-19-un “delta” ştamından daha təhlükəli olan “AY.4.2” mutasiyası aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, yeni ştam İsrailə xaricdən qayıdan və Ben-Qurion Hava Limanında testdən keçən 11 yaşlı uşaqda təsbit edilib.

Uşağın xaricdən qayıtdıqdan sonra təcrid olunduğu və heç kimlə əlaqə saxlamadığı qeyd edilir.

Bundan əvvəl Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə