Sarkozi məhkəməyə zorla gətirilə bilər

Fransanın keçmiş prezidenti Nikola Sarkozi zorla məhkəməyə gətirilə bilər.

Bu barədə BFM telekanalı məlumat yayıb.

Belə ki, məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkozini sorğu işində şahid qismində dindirməyə çağırıb. Sorğu noyabrın 2-nə təyin edilib. Məhkəmə qərarında deyilir ki, şahid Sarkozi məhkəmə iclasına hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən gətirilməlidir. Bu qərara isə keçmiş prezidentin vəkillərinin sabiq dövlət başçısının iclasda iştirakdan imtina etdiyini söylədikdən sonra gəlinib.

Sarkozi araşdırılan hərəkətlər zamanı toxunulmazlığı olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyindən əmindir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB