Türkiyə hərbçiləri bir il də bu ölkələrdə qalacaq

Türkiyə parlamenti Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiyanın mandatını uzadıb

Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinin Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiya yerinə yetirmək səlahiyyətlərinin bir il müddətinə uzadılması ilə bağlı hökumətin müraciətini təsdiqləyib.

SİA-nın məlumatına görə, bununla bağlı səsvermə oktyabrın 19-u keçirilib.

Verilən mandata uyğun olaraq, Türkiyə hərbçilərinə bu ölkələrin ərazisində daha bir il qalmaq üçün hüquqi imkan verilir.

Qeyd edək ki, Türkiyə hərbçilərinin Mali və Mərkəzi Afrika Respublikasında BMT əməliyyatları və missiyalarında iştirakı barədə qanun layihəsi oktyabrın 6-da Türkiyə parlamentinə təqdim edilib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...