Ankara Avropa Komissiyasını tənqid etdi

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Komissiyasının 2021 -ci il üçün Avropa Birliyinin genişlənməsi strategiyası ilə bağlı hesabatının Türkiyəyə həsr olunmuş hissəsini kəskin tənqid edib.

Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi, sənədin Ankaranın Avropa Birliyi ilə yüksək səviyyəli dialoqa başladığı bir vaxtda Türkiyənin Avropa Birliyi üzvlüyünə namizəd ölkə olaraq öhdəliklərinə məhəl qoymadığını və eyni zamanda blokla daha müsbət siyasi gündəm üzərində işləmək niyyətində olduğunu vurğulayıb.

“Ankara, əvvəlki illərdə olduğu kimi, Avropa Birliyinin səlahiyyətləri xaricində olan mövzularda tutarsız və qərəzli yunan Kipirinin tezlərini özündə əks etdirən Avropa Komissiyasının hesabatını rədd edir”.

“Anadolu” agentliyi bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə