ABŞ-da təyyarə qəzaya uğrayıb

ABŞ-ın Texas ştatının Hyuston şəhərinin qərbində 21 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

Bu barədə “ABC” televiziya şirkətinin yerli şöbəsi məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər yaralanıb.

Qəza yerindən çəkilən görüntülər yanğın nəticəsində təyyarənin gövdəsinin demək olar ki, tamamilə məhv olduğunu göstərir.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...