Moskvada koronavirusla bağlı yeni məhdudiyyətlər TƏTBİQ EDİLDİ

Moskva Meri Sergey Sobyanin, paytaxtda koronavirusla bağlı vəziyyətlə əlaqədar yeni məhdudiyyətlər tətbiq edib. SİA xəbər verir ki, bu barədə onun öz bloqunda məlumat verilir.

"Sentyabr ayında Moskva, COVID -19 insidansında yeni bir artım dövrünə qədəm qoyub. Bu ilin avqust ayı ilə müqayisədə, aşkar edilən yoluxma hadisələrinin sayı 4 dəfə artıb, hətta həftədə 42 min hadisəyə qədər çoxalıb", deyə məlumatda qeyd olunur.

Mer qeyd edib ki, hər gün xəstəliyin ağır forması ilə xəstəxanaya yerləşdirilənlərin sayı artmaqdadır.

Beləliklə, Moskva səlahiyyətliləri, yaşlıları və xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşları nəzərə alaraq işçilərinin 30%-nin məsafədən idarəetmə qaydasında iş şəraiti yaradılmasını əmr edib.

Bundan əlavə, risk qruplarından olan Moskva müəssisələri 1 yanvar tarixinə qədər peyvənd olunmuş işçilərin sayını 60% -dən 80%-ə qədər artırmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə