Koronavirusdan daha bir rekord ölüm baş verib

Rusiyada ötən sutka 1015 nəfər koronavirusdan dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu göstərici pandemiyanın əvvəlindən qeydə alınan rekord göstəricidir.

Bildirilir ki, bununla da, Rusiyada koronavirusdan dünyasının dəyişənlərin ümumi sayı 225 325-ə çatıb. Həmçinin son sutkada Rusiyada koronavirusa yoluxanların sayı 33 740 nəfər artaraq 8 milyon 060 752 nəfərə çatıb. Bununla yanaşı, son 24 saatda 23 426 nəfər sağalıb və ümumi sağalanların sayı 7,04 milyon nəfər təşkil edib.

Gürcüstanda da koronavirusa yoluxma halları artmağa davam edir. Belə ki, son 24 saatda qonşu ölkədə 5739 yeni yoluxma halı qeydə alınıb, 36 nəfər isə vəfat edib. Sağalanların sayı isə 2082 nəfər təşkil edib.

Ümumilikdə pandemiya dövründə Gürcüstanda 670 552 yoluxma, 9546 ölüm və 616 937 sağalma faktı aşkar olunub.

Ermənistanda isə ötən sutka ərzində 1054 yeni yoluxma halı qeydə alınıb, 37 nəfər dünyasını dəyişib. Bununla da, Ermənistanda pandemiya başlayandan bu günə qədər 284 237 yoluxma halı, 5842 ölüm, 255 821 sağalma faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə