İran Rusiyadan qırıcı və helikopter almaq niyyətindədir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib ki, ölkəsi Rusiya qırıcıları və vertolyotlarının alınması ilə bağlı Moskva ilə danışıqlar aparır. SİA-nın xəbərinə görə, razılaşmalar BMT-nin İrana silah ixracına tətbiq etdiyi embarqonun sona çatmasından sonra imzalanacaq.

Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tərkibinə Rusiyanın da daxil olduğu aparıcı ölkələr İranın bu təşkilata daimi üzv kimi daxil olması ilə bağlı sənədi təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...