ABŞ-ın keçmiş dövlət katibi vəfat etdi - COLIN PAUELL KORONAVIRUSDAN ÖLÜB

ABŞ-ın keçmiş dövlət katibi Colin Pouell 84 yaşında koronavirusun ağırlaşmalarından ölüb. SİA xəbər verir ki, bu barədə onun Facebook səhifəsindəki bir paylaşımda yazılıb.

"General Colin Powell bu gün səhər COVID-19 ilə əlaqədar ağırlaşmalardan dünyasını dəyişdi", deyə paylaşımda bildirilir.

Qeyd edək ki, Pauell 2001-2005-ci illərdə ABŞ-ın dövlət katibi olub. Colin Pouell, 2003 -cü ilin yazında Amerika ordusunun İraqa hücumundan əvvəl baş verən hadisələrin əsas iştirakçılarından biridir. Həmin ilin fevralında, BMT Təhlükəsizlik Şurasının iclasında Pouell, Vaşinqtonun İraq prezidenti Səddam Hüseynin bioloji silah istehsalı texnologiyası ilə bağlı məlumatlara sahib olduğunu söyləyib.

Bu sözləri dəstəkləmək üçün Pouell, İraq fabriklərində istehsal olunan kimyəvi silah nümunəsini ehtiva edən ağ tozdan bir test borusu göstərib. Sonradan məlum olub ki, Pouellə yanlış məlumat verilib və sınaq borusunda zəhərli maddə hissəcikləri yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə