Pentaqon gürcülərin müdafiə qabiliyyətini gücləndirəcək

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin, Vaşinqtonun Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməyi hədəflədiyini söyləyib. SİA bu barədə rus mətbuatına istinad edir.

O bu fikirlərini Gürcüstana işgüzar səfər zamanı söyləyib: “ABŞ Gürcüstanın müdafiə qabiliyyətini gücləndirərkən Avroatlantik inteqrasiyasını təbliğ etməkdə də kömək edir. Məhz buna görə də mən burada keçiriləcək görüşləri çox gözləyirdim”- deyə Ostin “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Ostinin Gürcüstandan sonra Ukraynaya səfər edəcəyi də bildirilir.

Xatırladaq ki, Pentaqonun başçısı hər iki ölkə rəhbərlərinə NATO-nun qapılarının onlar üçün açıq olduğunu xatırlatmağa gəldiyi bildirilir.

Verilən məlumata görə, Ostin, Pentaqonun tapşırığı ilə Kiyevə ittifaqa qoşulmaq üçün lazım olan tələbləri yerinə yetirmək çağırışı edəcək.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə