Britaniya Türkiyə PUA-ları ilə maraqlanır

Böyük Britaniya Türkiyənin "Bayraktar" və "Anka" pilotsuz uçuş aparatlarının əldə edilməsi məsələsini nəzərdən keçirir.

SIA-nın məlumatına görə, bunu "CNN" telekanalına müsahibəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.

Onun sözlərinə görə, Birləşmiş Krallıq Türkiyənin döyüş PUA-larının əldə edilməsində çox maraqlıdır:

"İndi onlar qərar verməlidirlər. Onlara variantlar təqdim etdik və indi ciddi şəkildə düşünürlər".

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə