Britaniyalı deputatın qətlinin motivi açıqlanıb

Böyük Britaniyada Mühafizəkarlar Partiyasından olan deputat David Amessin terrorçu tərəfindən qətlə yetirilməsi təsadüfən baş verib.

Polis hesab edir ki, qətlin motivləri öldürülən deputatın özü ilə yox, potensial olaraq İslam ekstremizmi ilə əlaqəlidir.

İstintaqın ilkin araşdırmasına görə, Amess təsadüfən və ya sadəcə cinayətkar deputatın seçicilərlə qarşıdakı görüşünün anonsunu gördüyü, onunla görüşməyin mümkün olduğu üçün seçilə bilərdi.

“Hökumətdəki mənbə bildirib ki, deputatın bəxti gətirməyib və onun qətlinin təmsil etdiyi partiya ilə bağlılığı yoxdur”.

Qeyd edək ki, Britaniyanın Mühafizəkarlar Partiyasından olan millət vəkili David Amess oktyabrın 15-də Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bıçaqlanıb. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...