Fransa səfiri Minskin tələbi ilə Belarusu tərk edib

Fransa səfiri Minskin tələbi ilə Belarusu tərk edib

Fransanın Belarusdakı səfiri Nikolya de Buyan de Lakost rəsmi Minskin tələbi ilə ölkənin ərazisini tərk edib.

SİA-nın məlumatına görə, bu barədə Fransanın "RFI" radiostansiyası xəbər yayıb.

Fransalı diplomatlar səfirin ölkəni tərk etmədən öncə səfirliyin əməkdaşları ilə sağollaşdığını bildiriblər.

Qeyd edilir ki, səfirin oktyabrın 18-dək ölkənin ərazisini tərk etməsini Belarusun Xarici İşlər Nazirliyi tələb edib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə