Polşa sərhədçiləri qanunsuz miqrantlar tutub

Polşa-Belarus sərhədində miqrantlar tərəfindən 524 qanunsuz keçməyə cəhdin qarşısı alınıb.

Bu barədə Polşanın sərhədi xidməti məlumat yayıb. SİA rus mətbuatına istinad edir.

Sonuncu dəfə polşalı sərhədçilər dördü İraq və biri Suriya vətəndaşı olmaqla beş miqrantı saxlayıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə