"NATO qapıları Gürcüstan və Ukraynaya açıqdır”

Pentaqon rəhbəri Lloyd Ostin Ukrayna və Gürcüstana səfəri zamanı bu ölkələrin hakimiyyəti ilə NATO -ya daxil olma perspektivlərini müzakirə etmək niyyətindədir.

“Ostin, həm Gürcüstanda, həm də Ukraynada NATO -ya onlar üçün qapının açıq olduğunu vurğulayacaq və bu ölkələri müdafiə alyansına üzv olmaq üçün tələbləri yerinə yetirməyə lazım olan dəyişiklikləri etməyə çağıracaq”.

Bunu RİA Novosti xəbər verir.

Qeyd edək ki, Rumıniyaya da gedəcək Ostin hər üç ölkənin Qara dənizlə həmsərhəd olduğu üçün liderləri ilə təhlükəsizlik mövzusunda danışacaq.

Bildirək ki, Pentaqon rəhbəri bunu bu ölkələrin Rusiya təcavüzünün önündə olması ilə əlaqələndirib.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə