Qonşu ölkədə aclıq başlayır?

İranın 8 vilayəti ərzaq böhranı ilə üzləşib

İranın 8 vilayəti ərzaq çatışmazlığı təhlükəsi ilə üz-üzədir.
APA-nın Tehran bürosunun məlumatına istinad edən SİA bildiri ki, bunu İran Səhiyyə Nazirliyinin əhalinin ərzaq təminatının yaxşılaşdırması şobəsinin rəhbəri Zəhra Abdullahi deyib.
Zəhra Abdullahi qeyd edib ki, Sistan və Bəluçistan, Kohgiluye və Boyerəhməd Xuzistan, Hormozqan, İlam, Kerman, Cənubi Xorasan və Buşehr kimi vilayətlərdə ərzaq böhranı özünü daha çox göstərir: “Koronavirus böhranı, habelə inflyasiya və qiymət artımı ölkədə məhsul qıtlığına gətirib çıxarıb”.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...