Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib

Çin nüvə yüklü yeni hipersəs raketini sınaqdan keçirib.

SİA-nın məlumatına görə, bu barədə Financial Times qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, buraxılış avqust ayında baş verdi.

Hipersəsli təyyarəsi olan raket yer kürəsi ətrafında fırlanaraq aşağı orbitli kosmosdan keçib, sonra hədəfi vurmaq üçün enib.

Ancaq mənbələrə görə, hədəf vurulmayıb. ABŞ kəşfiyyatı qeyd edib ki, raket hədəfdən təxminən 33 kilometr uzaq keçib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə