Yəməndə160-dan çox husi öldürülüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının Yəməndə husilərə hava zərbələri nəticəsində 160-dan çox üsyançısı öldürülüb.

SİA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Aviazərbələr uzun müddətdir husilərlə hökumət qüvvələri arasında şiddətli döyüşlərin getdiyi strateji əhəmiyyətli Marib şəhərinin cənubuna endirilib.

Məlumata görə, son 24 saat ərzində bölgəyə endirilən aviazərbələr nəticəsində 11 ədəd texnika da sıradan çıxarılıb.

Qeyd edək ki, oktyabrın 14-də Yəməndə husilər Marib əyalətinin mərkəzinə yaxın bir sıra əraziləri ələ keçirib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə